Məişət zorakılığı törədildikdə uşaqla ünsiyyətin müddətli məhdudlaşdırılması tövsiyə olunur

Məişət zorakılığı törədildikdə uşaqla ünsiyyətin müddətli məhdudlaşdırılması tövsiyə olunur
# 03 mart 2023 14:06 (UTC +04:00)

Ombudsman uşaqlara qarşı zorakılıqla bağlı Cinayət Məcəlləsinin 152-ci maddəsinin sərtləşdirilməsini təklif edir.

APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Sənəddə qeyd edilib ki, Ombudsman Cinayət Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulmuş sanksiyanın sərtləşdirilməsini, uşaqların olduğu bütün məkanlarda, o cümlədən uşaq müəssisələrində onlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilikdə xüsusi müddəanın təsbit olunmasını, himayədar ailə institutunun tətbiqinə və inkişaf etdirilməsinə dair mexanizmin müəyyən olunması üçün prosesin sürətləndirilməsini, yetkinlik yaşına çatmamış şəxsin təhqiqat və ya istintaq prosesinə cəlb edilməsi zamanı pedaqoqun, psixoloqun və qanuni nümayəndənin iştirakının təmin edilməsi ilə bağlı cinayət prosessual qanunvericiliyinə müvafiq dəyişikliklərin edilməsini, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı uşaqlarla ünsiyyət qaydalarının hazırlanmasını, yuvenal ədliyyə haqqında qanunun qəbul edilməsini, bütün məhkəmə və polis orqanlarının inzibati binalarında uşaq otaqlarının yaradılmasını, prokurorluq və daxili işlər orqanlarının strukturuna uşaqlarla işləyən sosial işçi və psixoloq ştatlarının əlavə edilməsini, ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsinin müasir tələblərə uyğunlaşdırılmaqla təkmilləşdirilməsini, uşaq doğulanadək cins seçimi və reproduktiv sağlamlıqla bağlı məsələlərin qanunvericilikdə nəzərə alınmasını, həmçinin bu problemlə əlaqədar əhali arasında maarifləndirmə işinin genişləndirilməsini, yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində saxlanılan məhkumların təhsil hüququnun təmin edilməsi vəziyyətinə, islah olunmalarına və azad olunduqdan sonra cəmiyyətə inteqrasiyası prosesinə nəzarətin gücləndirilməsini təklif edir.

Eyni zamanda Ombudsman tərəfindən aidiyyəti qurumlara ünvanlanmış təkliflərdə məişət zorakılığı ilə bağlı qanunvericilikdə cinayət məsuliyyətinin təsbit edilməsi, eləcə də xarici ölkələrin təcrübəsi nəzərə alınaraq, bu cinayəti törətmiş şəxslərə münasibətdə məhkəmə qərarı əsasında bir sıra məhdudiyyət tədbirlərinin, o cümlədən bu əməli törədənlərin məişət zorakılığından zərər çəkmiş şəxslə birgə yaşamasının müəyyən müddətə qadağan edilməsi, uşağa qarşı və ya onun iştirakı ilə məişət zorakılığı törədildikdə, uşaqla ünsiyyətin müddətli məhdudlaşdırılması və sair tədbirlərin tətbiqi təklif edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR