Məişət zorakılığına məruz qalanların pulsuz hüquqi yardım alması təklif olunur

Sədaqət Qəhrəmanova

© APA | Sədaqət Qəhrəmanova

# 12 yanvar 2022 15:36 (UTC +04:00)

"Məişət zorakılığı ilə bağlı hüquqi baza var, amma burada nüanslar var ki, onları dəyişdirmək lazımdır".

Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

O bildirib ki, bu, məişət zorakılığının qarşısının alınması və ya müəyyən tədbirlərin həyata keçirilməsi istiqamətində daha düzgün addımların atılması üçündür: "Məsələn, məişət zorakılığına məruz qalanların məhkəməyə əlçatanlığının təmin olunması, onların pulsuz hüquqi yardım alması ilə bağlı təkliflər vermişik. Qanunda dəyişiklik edilməsi ilə bağlı Nazirlər Kabinetinə sənədlər təqdim olunub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR