Məktəblərdə qış tətili başa çatıb

Məktəblərdə qış tətili başa çatıb
# 01 fevral 2023 07:00 (UTC +04:00)

Ümumi təhsil müəssisələrində qış tətili başa çatıb.

APA xəbər verir ki, bu gündən ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ilinin ikinci yarımili başlayıb.

Xatırladaq ki, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ili üzrə qış tətili başlayıb. Qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edib.

Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR