Məktəblərdə təmir olunan sanitar qovşaqların sayı açıqlanıb

Məktəblərdə təmir olunan sanitar qovşaqların sayı açıqlanıb
# 11 yanvar 2023 18:15 (UTC +04:00)

2022-ci ildə ümumilikdə 1107 məktəbin sanitar qovşağı yenilənib və ya əsaslı təmir edilib.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, ötən təqvim ili ərzində 769 məktəb (682-si cari, 87-si əsaslı) cari və ya əsaslı təmir olunub.

Respublika üzrə 262 məktəbin sanitar qovşağı yenilənib və ya təmir edilib, 76 məktəbdə mobil sanitar qovşağı quraşdırılıb.

Həmçinin, 23 yeni məktəb və 30 modul tipli məktəb istifadəyə verilib.

Qeyd edək ki, bir neçə gündür İmişli rayonu Aranlı kənd 1 saylı tam orta məktəbinin müəllimi Leylə Nəcəfquliyevanın məktəbdə sanitar qovşağın olmaması barədə çəkdiyi video sosial şəbəkələrdə yayılıb və böyük rezonans doğurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR