Məktəblilərimiz informatika üzrə payız turnirində uğurla çıxış ediblər

Məktəblilərimiz informatika üzrə payız turnirində uğurla çıxış ediblər
# 02 dekabr 2022 18:41 (UTC +04:00)

Azercell-dən informatika və kompüter elmləri sahəsindəməktəb təhsilinə dəstək öz bəhrəsini verir

23-27 noyabr 2022-ci il tarixlərində Bolqarıstanın Şumenvilayətində təşkil olunan informatika fənni üzrə 14-cü Beynəlxalq payız turnirində məktəblilərimiz uğurlu nəticələrəldə ediblər. 18 ölkə və 400-ə yaxın iştirakçının yarışdığı turniriElm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat vəinformatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayevgümüş medalla, Ankara məktəb liseyinin 9-cu sinif şagirdi ƏliƏliyev isə bürünc medalla başa vurublar. Qeyd edək ki, Əli həmdə “Azercell CUP” müsabiqəsinin iştirakçısıdır.

Informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıqprosesinə dəstək verən "Azercell Telekom" MMC məktəblilərimizi təbrik edir, onlara təhsil, informatika vətexnologiyalar sahəsində inkişaf və uğurlar arzulayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR