Məleykə Abbaszadə: "0-150 bal toplayanların sayı ötən illə müqayisədə təxminən eynidir"

Məleykə Abbaszadə: "0-150 bal toplayanların sayı ötən illə müqayisədə təxminən eynidir"
# 16 avqust 2022 11:44 (UTC +04:00)

"Ötən illə müqayisədə 0-150 bal toplayan abituriyentlərin sayı ötən illə müqayisədə təxminən eynidir".

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, sadəcə müsabiqəyə buraxılan abituriyentlərin sayı çoxdur:

"Onların bir qismi qabiliyyət tələb edən ixtisaslarda iştirak ediblər. Keçən illə müqayisədə qabiliyyət tələb edən ixtisaslara maraq artıb. Bu il 16 mindən çox abituriyent qabiliyyət tələb edən ixtisaslara sənəd qəbulunda iştirak edib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR