Məleykə Abbaszadə: "Bu il BDU-nun riyaziyyat müəllimliyinə keçid balı hüquqşünaslıqdan daha yüksəkdir"

Məleykə Abbaszadə: "Bu il BDU-nun riyaziyyat müəllimliyinə keçid balı hüquqşünaslıqdan daha yüksəkdir"
# 01 sentyabr 2022 11:17 (UTC +04:00)

"Bu il birinci dəfədir ki, Bakı Dövlət Universitetinin riyaziyyat müəllimliyi ixtisasına keçid balı hüquqşünaslıq ixtisasından daha yüksəkdir".

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Ditektorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu böyük hadisədir.

"Bu, o deməkdir ki, gələcəkdə çalışacaq müəllimlər daha savadlı və daha peşəkar olacaqlar. Riyaziyyat və ana dilinin tədrisi məktəbdə nə qədər güclü olarsa, uşaqların bilik səviyyələri digər fənnlər üzrə də bir o qədər çox olur" - deyə DİM sədri deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR