Mənzil və avtomobillə təmin edilən 20 Yanvar əlili və şəhid ailələrinin sayı açıqlanıb

Mənzil və avtomobillə təmin edilən 20 Yanvar əlili və şəhid ailələrinin sayı açıqlanıb
# 18 yanvar 2022 15:38 (UTC +04:00)

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edənlər 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda xalqımızın iradəsini sındırmaq üçün törətdiyi qanlı terrordan bəhs ediblər.

Tədbirdə qeyd edilib ki, 20 Yanvar şəhidlərinin ailələri Prezidentin aylıq təqaüdləri ilə təmin olunur. 20 Yanvar əlillərinə də əlilliyə görə müavinət və ya pensiya, Prezidentin aylıq təqaüdləri ödənilir. Ötən dövrdə bu ödənişlər dəfələrlə artırılıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 135 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 100-dək 20 Yanvar əlili minik avtomobili ilə təmin edilib.

Bu kateqoriyadan olan vətəndaşların digər sahələrdə də diqqət və qayğı ilə əhatə olunması üçün görülən işlər diqqətə çatdırılıb.

Tədbirdə 1990-cı ilin yanvar hadisələrinə həsr olunmuş film nümayiş olunub, əlilliyi olan Seymur Əliyevin ifasında “Şəhidlər” mahnısı təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR