Mərkəz direktoru: "Şuşada tibb xidmətlərin göstərilməsində heç bir problem yoxdur"

Mərkəz direktoru: "Şuşada tibb xidmətlərin göstərilməsində heç bir problem yoxdur"
# 19 iyul 2022 11:18 (UTC +04:00)

“Şuşada yaşayanlar üçün modul tipli xəstəxanada həkimlərimiz tərəfindən tibbi xidmət göstərilir”.

APA xəbər verir ki, bu fikirləri Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov deyib.

O bildirib ki, Şuşada yaşayanlar üçün tibb xidmətlərin göstərilməsində heç bir problem yoxdur. Onların tibbi göndərişləri aidiyyəti qaydada həyata keçirilir:

"Onlara ixtisaslaşmış həkim müayinəsi lazım olanda göndəriş Füzuli Rayon Mərkəzi Xəstəxanasına verilir. Lazım gələrsə, Bakı şəhərindəki xəstəxanalara da tibbi göndəriş yazıla bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR