Mərkəzi icra hakimiyyəti orqanlarında çalışan 7 dövlət qulluqçusu işdən azad edilib

Mərkəzi icra hakimiyyəti orqanlarında çalışan 7 dövlət qulluqçusu işdən azad edilib
# 03 may 2023 10:39 (UTC +04:00)

Ötən il mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında tətbiq edilmiş 58 intizam tənbeh tədbirindən 46-sı töhmət, 7-si dövlət qulluğundan azad edilmə, 2-si həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 1-i vəzifə maaşının azaldılması olub. 2 intizam tənbeh tədbirinin növü qeyd edilməyib.

APA xəbər verir ki, bu, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq etik davranış məsələləri ilə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2022-ci il üzrə hesabatda öz əksini tapıb.

Qeyd olunub ki, mərkəzi icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirlərinin təhlili zamanı məlum olmuşdur ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü (Vicdanlı davranış) maddəsinin tələblərinin pozulması üzrə 4, 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsinin tələblərinin pozulması üzrə 21 , 6-cı (Loyallıq) maddəsinin tələblərinin pozulması üzrə 2, 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) maddəsinin tələblərinin pozulması üzrə 4, 9-cu (Mədəni davranış) maddəsinin tələblərinin pozulması üzrə 5, 10-cu (Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsinin tələblərinin pozulması üzrə 19, 13-cü (Korrupsiyanın qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 2 intizam tənbeh tədbiri tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR