Mərkəzləşmiş qaydada imtahan keçirilən lisey-gimnaziyaların sayı artırılıb

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 19 may 2022 11:10 (UTC +04:00)

Mərkəzləşmiş qaydada imtahan keçirilən lisey-gimnaziyaların sayı artırılıb.

APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev "Təhsil masası"nda deyib.

O bildirib ki, keçən il 15 lisey-gimnaziyada mərkəzləşmiş imtahan keçirilmişdisə, bu il həmin müəssisələrin sayı 20-dən artıqdır:

“İlkin mərhələdə 3 lisey-gimnaziyanı seçmək imkanı veriləcək. Proqnozlara uyğun keçid balları təqdim ediləcək və imtahanda toplanan bala uyğun müəssisə seçmək mümkün olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR