Meşə yanğınlarının ən çox olduğu ərazilər açıqlanıb

Meşə yanğınlarının ən çox olduğu ərazilər açıqlanıb
# 29 aprel 2022 16:12 (UTC +04:00)

“Azərbaycanın meşə fonduna ayrılan hissəsinin 95 %-i dağlıq ərazilərdə yerləşir”.

APA xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mohuma Heraçiyev deyib. Onun sözlərinə görə, bunun da 49 faizi Böyük Qafqaz, 34 faizi Kiçik Qafqaz dağları, təxminən 14-15 faizi Talış dağları və yerdə qalan 5 faizi isə Aran rayonlarının payına düşür:

“Bu statistikaya uyğun olaraq da yanğınlar daha çox dağ meşələrində baş verir. Yaşayış məntəqələrinə bitişik olan meşə fondu əraziləri, kənd təsərrüfatı təyinatlı əkin və qış yaylaqlarında qış otlağı sahələrində yanğınlar daha çox baş verir. Bunlar isə insan faktorunun daha çox olduğu hissələrdir”.

Xidmət rəisinin müavini deyib ki, keçən il 600 km ərazidə meşə zolaqlarının salınması işləri görülüb:

"300 km ərazidə isə əvvəldən mövcud olan meşələr bərpa edilib. Bu il də yeni meşə zolaqlarının salınması və bərpası işləri görülür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR