Meşələrdə yanğınların qarşısını almaq üçün görülən işlər açıqlanıb

Meşələrdə yanğınların qarşısını almaq üçün görülən işlər açıqlanıb
# 13 yanvar 2023 11:15 (UTC +04:00)

Qoruqlarda, milli parklarda və meşəlik ərazilərdə 2022-ci ildə yanğınlar baş verib.

APA xəbər verir ki,bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bunlar insan faktoru, məsuliyyətsizlik nəticəsində baş verən yanğınlardır:

"Bununla bağlı nazirlik tərəfindən müəyyən tədbirlər görülür. Ərazidə su ehtiyatları yaradılır, yeni yanğınsöndürən avandanlıqlar alınıb. Bundan başqa, meşələrdə yolların, cığırların hazırlanması istiqamətində işlər görülür. Bizim xidmət tərəfindən müəyyən əməkdaşlara yeni motosikletlər alınıb. Onlar əraziyə tez getməyə kömək edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR