Meşələrin zərərvericilərdən qorunması məqsədilə monitorinqlər keçirilir

Meşələrin zərərvericilərdən qorunması məqsədilə monitorinqlər keçirilir
# 24 yanvar 2023 15:53 (UTC +04:00)

Son dövrlərdə respublikamızın şimal-qərb bölgəsində rast gəlinən qəhvəyi mərmər bağacığı zərərvericisinin yayılmasının qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirliklərinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət qrup tərəfindən monitorinqlər davam edir.

APA xəbər verir ki, ETSN-in Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, hazırda mütəxəssislərlə birgə Zaqatala-Balakən zonasının meşə fondu torpaqlarında və meşə sahələrinə yaxın ərazilərdə müvafiq müayinə və müşahidə işləri aparılır:

“Aparılan monitorinqlərin nəticəsinə uyğun olaraq zərərvericilərə qarşı müvafiq tədbirlər görülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR