“Məşğulluq marafonu” çərçivəsində 1178 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

“Məşğulluq marafonu” çərçivəsində 1178 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub
# 26 noyabr 2021 15:56 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na bu günədək 589 işəgötürən (47,4%-i dövlət, 52,6%-i özəl) qoşularaq 3641 vakansiya təqdim edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafonun məqsədi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək verməkdir.

Marafona təqdim edilən vakansiyalar üzrə həmin kateqoriyalardan olan artıq 1178 nəfər (186 şəhid ailəsi üzvü və 992 qazi) işlə təmin olunub. Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları

https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR