Mətbuat orqanlarının nümayəndələri Suqovuşan qəsəbəsində olublar - FOTO

Mətbuat orqanlarının nümayəndələri Suqovuşan qəsəbəsində olublar - FOTO
# 19 mart 2023 15:09 (UTC +04:00)

Bu gün prezidentin izi ilə Talış kəndində olan aparıcı mətbuat orqanlarının nümayəndələri daha sonra Suqovuşan qəsəbəsində olublar.

APA-nın xəbərinə görə, mətbuat nümayəndələrinə bildirilib ki, martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtərin Suqovuşan qəsəbəsində səfərdə olduqları zaman Prezident İlham Əliyev Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsinin təməlini qoyub.

Sahəsi 2 hektardan çox olan məhəllədə 190 ailəlik mənzil inşa ediləcək. Məhəllədə həmçinin sakinlər üçün lazım olan bütün infrastruktur yaradılacaq.

Dövlət başçısı “Suqovuşan” su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar.

KİV nümayəndələrinə bildirilib ki, Suqovuşan su anbarında bəndin ümumi hündürlüyü 28 metr, uzunluğu 600 metrdir. Köhnə dəmir beton örtüyü qaşınıb çıxardılıb, yerinə yenidən demir-beton örtüyü vurulub.

Su anbarının sol sahilində 250 metr uzunluğunda eni (yamac) 22 metr dəmir-beton üzlük qatı verilir.

Su anbarının ümumi tutumumu 5,9 mln kub metr, ondan 5,2 mln kub faydalı həcmidir, 700 min kub ölü həcmdir.

Birinci Dövlət Proqramı çərçivəsində əsas infrastruktur obyektlərinin təmir-bərpa və yenidənqurma layihələri çərçivəsində Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmirinə başlanılıb. Hazırda su anbarının divarlarına beton örtüyün vurulması, oradakı bütün avadanlıqların əsaslı təmiri həyata keçirilir, magistral kanalda zəruri işlər görülür. Eyni zamanda, Suqovuşan su anbarı boyunca ilkin turizm infrastruktur obyektlərinin yaradılmasına başlanılıb. Burada Turizm İnformasiya Bürosu inşa olunur, sahilboyu park salınır, avtodayanacaq tikilir.

Yenidənqurma işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR