Meyit qalıqlarının axtarışı, ekshumasiyası və eyniləşdirilməsi ilə bağlı xüsusi heyət yaradılıb

İsmayıl Axundov

© APA | İsmayıl Axundov

# 26 yanvar 2022 11:55 (UTC +04:00)

“Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Dövlət Komissiyası işğaldan azad olunmuş ərazilərdəki məzar yerlərində müvafiq işlərin aparılmasına ilk günlərdən hazırlaşmağa başlayıb”.

Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

“İctimaiyyətin marağını nəzərə alaraq diqqətə çatdırıram ki, bu sahədə vəziyyət təhlil edilib və ölkə rəhbərliyinin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə meyit qalıqlarının axtarışı, ekshumasiyası və eyniləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət xüsusi heyət yaradılıb.

Heyətə Dövlət Komissiyasının İşçi qrupu, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Hərbi Prokurorluq, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, Minatəmizləmə Agentliyi və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri daxildir”, - İsmayıl Axundov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR