Millət vəkili: Məhkəmə-Hüquq Şurasının üzvləri yalnız hakimlərdən ibarət olmalıdır

Qüdrət Həsənquliyev

© APA | Qüdrət Həsənquliyev

# 31 may 2023 13:45 (UTC +04:00)

“Məhkəmə-Hüquq Şurası hakimlərin özünüidarə yeridir. Şuranın üzvləri yalnız hakimlərdən ibarət olmalıdır. Bu fikrimdə qalıram. Digər qurumların nümayəndələri Şuraya məşvərətçi səs hüququ ilə üzv ola bilərlər”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Hakimlərin Seçki Komitəsinin üzvləri də yalnız hakimlərdən ibarət olmalıdır: “Həmçinin təklif edirəm ki, Məhkəmə-Hüquq Şurasının üzvlərinin sayı 15-dən 11-ə endirilsin. Hakimlərin Seçki Komitəsi də 3 nəfərdən ibarət təşkil oluna bilər. O cümlədən də hesab edirəm ki, Məhkəmə-Hüquq Şurasının iclaslarına həmin sahə üzrə mütəxəssis alimin dəvət edilməsi daha yaxşı olar. Hüquqda bir sahəni bilən digər sahəni bilməyə bilər. Ona görə sahələr üzrə alimlər iclasa dəvət edilməlidir. Hesab edirəm ki, Konstitusiya Məhkəməsinin nümayəndəsi də məşvərətçi səs hüququna malik olaraq iclaslarda iştirak edə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR