Milli Observatoriyanın fəaliyyət istiqamətləri genişləndirilir

Milli Observatoriyanın fəaliyyət istiqamətləri genişləndirilir
# 20 may 2022 10:11 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyətinə və qarşıya qoyulan vəzifələrə həsr olunmuş onlayn iclas keçirilib.

Qurumdan APA-ya verilən xəbərə görə, iclasda nazir müavini Vüsal Nəsirli əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə təkmil monitorinq, təhlil, proqnozlaşdırma sisteminin yaradılması istiqamətində Milli Observatoriyanın fəaliyyətini qeyd edib. Qurumun qarşısnda duran əsas hədəfləri diqqətə çatdırıb.

Milli Observatoriyanın təlim mərkəzi kimi fəaliyyətinə uyğun zəruri infrastrukturun yaradılması istiqamətində yol xəritəsinin hazırlanması, sorğu və müayinələrin təşkili, keyfiyyət təminatı üzrə müvafiq sertifikatların alınması işləri müzakirə olunub. Qurumun fəaliyyət istiqamətlərinin genişlənməkdə olduğu qeyd edilib.

Müasir çağırışlar əsasında tədqiqat ehtiyaclarının öyrənilməsi, əldə olunan nəticələrin ictimaiyyətə çatdırılması, təlim tələbatlarının və mövzularının müəyyənləşdirilməsi, təlimçilərin reyestrinin formalaşdırılması və s. məsələlər ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR