Milli Park ərazisində balıq ovlamaq istəyən şəxs saxlanılıb

Milli Park ərazisində balıq ovlamaq istəyən şəxs saxlanılıb
# 15 noyabr 2022 15:56 (UTC +04:00)

Ağgöl Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz balıq ovuna cəhd edən şəxs saxlanılıb.

APA-nın xəbərinə görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, araşdırma zamanı brakonyerin Beyləqan rayon sakini Zülfüqar Cabbarov olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR