Milli park ərazisində brakonyerlərə məxsus qayıqlar və qanunsuz ov alətləri aşkarlanıb

Milli park ərazisində brakonyerlərə məxsus qayıqlar və qanunsuz ov alətləri aşkarlanıb
# 09 fevral 2023 16:35 (UTC +04:00)

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Qızılağac Milli Parkının ərazisində növbəti nəzarət tədbirləri keçirilib.

APA-nın məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Xidmətin və milli parkın əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın daxili su hövzələrində brakonyerlərə məxsus 5 ədəd qayıq aşkar edilib, ərazidən 960 metr uzunluğunda sintetik tor və 272 ədəd qanunsuz ov aləti götürülüb.

“Xüsusi mühafizə olunan təbiət ərazilərində ov hallarının qarşısını almaq məqsədilə nəzarət tədbirləri davam etdirilir” - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR