“Milli Transfer Hesabları” layihəsinin yekun hesabatı müzakirə olunub

“Milli Transfer Hesabları” layihəsinin yekun hesabatı müzakirə olunub
# 05 may 2022 13:12 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Milli Transfer Hesabları üzrə beynəlxalq ekspert, Macarıstan Demoqrafik Tədqiqatlar İnstitutunun baş tədqiqatçısı Robert Qal ilə görüş olub.

Bu barədə APA-ya Nazirlikdən xəbər verilib. Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətlərindən biri kimi, ölkəmizdə müsbət demoqrafik vəziyyətin, əhalinin sabit artım tempinin mövcud olduğunu vurğulayıb.

O, əhali sakinliyi və demoqrafik inkişaf sahəsində həyata keçirilən dövlət siyasəti barədə barədə məlumat verib. Demoqrafik qiymətləndirmələrin aparılması, dolğun proqnozlar sisteminin yaradılması, əhali proqnozlarının hazırlanması işlərini qeyd edib. Bu fəaliyyət sahəsi ilə bağlı görülən işlərdə BMT-nin Əhali Fondu ilə fəal əməkdaşlığı, birgə icra olunmuş “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsini qeyd edib.

Sahil Babayev ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması, həssas qruplara qayğının artırılması, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Əhalinin yaş strukturunun iqtisadiyyata təsirinin tədqiqi və qiymətləndirilməsinə imkan verən, müasir metodoloji yanaşma olan Milli Transfer Hesablarının hazırlanması layihəsinin əhəmiyyətini qeyd edib.

BMT-nin Əhali Fondu ilə əməkdaşlıq şəraitində layihə üzrə aparılan işlərdən bəhs edən nazir əhali proqnozlarının hazırlanması işlərində olduğu kimi, bu sahədə də beynəlxalq ekspertlərlə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Görüşdə iqtisadiyyatın yaş və ya nəsillərarası aspektinin milli səviyyədə qiymətləndirilməsi üçün hazırlanmış “Milli Transfer Hesabları” layihəsinin yekun hesabatının təqdimatı olub, təqdimat əsasında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR