MİQ-də ingilis dili və kimya fənni üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılır

MİQ-də ingilis dili və kimya fənni üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılır
# 19 iyul 2022 11:15 (UTC +04:00)

18 iyulda ingilis dili və kimya fənni üzrə keçirilən test imtahanlarının apellyasiya müraciətləri bu gün saat 11:00-dan etibarən qəbul olunacaq.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR