MİQ imtahanı ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılır

MİQ imtahanı ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılır
# 15 iyul 2022 11:23 (UTC +04:00)

Bu gündən etibarən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılır.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən APA-ya verilən xəbərə görə, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində növbəti gün saat 11:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, 14 iyul tarixində riyaziyyat, fiziki tərbiyə, alman dili və fransız dili fənni üzrə həyata keçirilən test imtahanlarının apellyasiya müraciətləri bu gün saat 11:00-dan etibarən qəbul olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR