MİQ üçün vakant yerlərin sayı açıqlanıb

MİQ üçün vakant yerlərin sayı açıqlanıb
# 02 iyun 2022 11:12 (UTC +04:00)

"Adətən müəllimlərin işə qəbulu müsabiqəsində 8 minə yaxın, bəzən 8 mindən çox vakant yer çıxarılır. Bu il də bu qədər vakant yerin olacağı gözlənilir".

APA xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Təhsil masası"nda deyib.

O bildirib ki, müddətsiz işə qəbulu üzrə müsabiqə bir turda keçiriləcək.

"Müəllimlərə seçim edərkən bu amili nəzərə almalarını xahiş edirik. Əsasən musiqi, təsviri incəsənət, kimya, biologiya fənləri üzrə vakant yerlər çoxluq təşkil edir. Müəllimlər seçimdə 8 yer yaza biləcəklər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR