Misirin sabiq Baş naziri Şerif İsmail vəfat edib

Şerif İsmail

© APA | Şerif İsmail

# 05 fevral 2023 19:04 (UTC +04:00)

Ötən gecə Misirin sabiq Baş naziri Şerif İsmail vəfat edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Şerif İsmail uzun sürən xəstəlikdən sonra şənbə gecəsi Qahirədə 86 yaşında həyatını itirib.

Sabiq Baş nazirlə vida mərasimi paytaxtın Yeni Qahirə rayonunda marşal Hüseyn Tantavi adına məsciddə keçirilib. Vida mərasimində Misir Prezidenti Abdel Fəttah as-Sissi, Baş nazir Mustafa Matubli və digər yüksək vəzifəli şəxslər iştirak ediblər. Abdel Fəttah as-Sissi Şerif İsmailin mürəkkəb dövrdə Misirə böyük əmək və şərəflə xidmət etdiyini, xalqın bunu yüksək qiymətləndirdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR