Mixalko: "Zorakılıq qurbanlarının mühafizəsi orderi ilə bağlı layihə hazırlanıb"

Mixalko: "Zorakılıq qurbanlarının mühafizəsi orderi ilə bağlı layihə hazırlanıb"
# 19 may 2022 11:43 (UTC +04:00)

“Millət vəkilləri parlamentdə qadınlara qarşı zorakılığın aradan qaldırılması məsələsini siyasi gündəmə gətirə bilərlər”.

APA xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, bundan əlavə qadınlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı milli fəaliyyət planı hazırlanmalı və təhsildə bərabərliyin təmin edilməsi üçün məktəb kurrikulumuna salınmalıdır:

“Biz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə məişət zorakılığının Cinayət Məcəlləsinə daxil edilməsi və zorakılıq qurbanlarının mühafizəsi orderi layihələrini hazırlayaraq Milli Məclisə təqdim etmişik”.

Komitə sədri Bahar Muradova da qeyd edib ki, Avropa İttifaqı ilə birgə cinayət məcəlləsinə dəyişiklik və məişət zorakılığının cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanunvericilik təklifləri hazırlayıblar:

“Zorakılıq qurbanlarının təhlükəsizliyinin təmin edilməsi üçün mühafizə orderləri ilə bağlı təkliflər də formalaşdırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR