MM komitə iclasında cərimələrin adekvat olub-olması müzakirə mövzusu olub

Milli Məclis

© APA | Milli Məclis

# 19 yanvar 2023 11:16 (UTC +04:00)

“Lisenziya alanda qurumun loqotipi təsdiqlənir. Sonradan bunu Audiovizual Şuraya demədən dəyişənlər cərimələnir”.

APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova deyib.

O bildirib ki, Audiovizual Şuranın səlahiyyətində televiziyada orta aylıq əməkhaqqını müəyyənləşdirmək məsələsi yoxdur: “AzTV dövlət tərəfindən maliyyələşir. 3500 cərimənin ödənilməsi də dövlət büdcəsindən maliyyələşən audiovizual yayımçıya aiddir”.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev cərimənin əməkhaqqıya mütənasibliyinin aydınlaşdırılmalı olduğunu bir daha vurğulayıb: “Bu cərimə çoxdur”.

Rəqsanə Kərimova isə qeyd edib ki, reytinq ölçən cihaz yeni tətbiq olunur və məqsədi audiovizual yayımçılara daha çox reklam verilməsinə nail olmaqdır.

Qüdrət Həsənquliyev isə onun məqsədiylə deyil, cərimənin adekvat olub-olmadığı ilə maraqlandığını diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR