MM komitə sədri: Ələt Azad İqtisadi Zonasında bir neçə dərman istehsalı müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulub

MM komitə sədri: Ələt Azad İqtisadi Zonasında bir neçə dərman istehsalı müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulub
# 29 mart 2023 12:46 (UTC +04:00)

Dərman istehsalı məsələsində xeyli geridə qalmışıq, mən bununla razıyam. Bildiyimə görə, Ələt Azad İqtisadi Zonasında bir neçə dərman istehsalı müəssisəsinin tikilib istifadə verilməsi nəzərdə tutulub.

APA xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.

“İsrail və qardaş Türkiyədən, həmçinin digər ölkələrdən məhz bu istiqamətdə mütəxəsisslər dəvət olunub”, - deputat əlavə edib.

Əhliman Əmiraslanov deyib ki, bizdə dərman istehsalı yoxdur, tibb üçün lazım olan vəsaitlər istehsal edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR