MM komitə sədri: Onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmaması narazılığa səbəb olur

Əhliman Əmiraslanov, parlamentin Səhiyyə komitəsinin sədri

© APA | Əhliman Əmiraslanov, parlamentin Səhiyyə komitəsinin sədri

# 17 noyabr 2022 11:14 (UTC +04:00)

“Səhiyyə xərclərində əhəmiyyətli artım nəzərdə tutulur”.

APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, icbari tibbi sığortadan əhalinin məmnunluğu artır: “Bir qrup xəstəliklər hələ də icbari tibbi sığorta ilə əhatə olunmayıb. Onlar arasında onkoloji xəstəliklər də var. Onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmaması bu xəstəliyin adekvat müalicəsinə mane olur və insanların narazılığına səbəb olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR