MM Səhiyyə komitəsində autizmli uşaqların müalicə problemləri müzakirə olunub

MM Səhiyyə komitəsində autizmli uşaqların müalicə problemləri müzakirə olunub
# 20 sentyabr 2022 15:52 (UTC +04:00)

“Autizmli xəstələrlə bağlı problemlər mövcuddur. Bizə müraciət edən valideynlər bu xəstəliyin müalicəsinin də çox baha olduğunu bildirir”.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Əliyeva Kamilə deyib.

Deputat bildirib ki, həddən artıq çox müraciətlər var: “Mümkündürsə, autizmli uşaqların da psixoloji müalicəsini icbari tibbi sığorta ilə qarşılayaq”.

Komitə sədrinin müavini Rəşad Mahmudov isə bildirib ki, dünya təcrübəsində bunun həlli Əmək və Sosial Müdafiə Nazirliyi tərəfində qarşılanır: “Çünki bu mərkəzlər həmin nazirliyin tabeliyindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR