Moskvada Rusiya və Almaniya XİN başçılarının görüşü keçirilir

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 18 yanvar 2022 13:32 (UTC +04:00)

Moskvada Rusiya və Almaniya xarici işlər nazirləri arasında görüş keçirilir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, görüşdə çıxış edən Rusiya XİN başçısı Sergey Lavrov Moskvanın iki ölkə arasında daha konstruktiv münasibətlər istədiyini bildirib.

“Rusiya iki ölkə arasında ziddiyyətlərin qarşısını almağı qarşısına məqsəd qoyub”, - Lavrov vurğulayıb.

Almaniya XİN başçısı Annalena Berbok isə çıxışında Rusiya ilə münasibətlərin Almaniyanın yeni hökuməti üçün vacib olduğunu qeyd edib: “Mehriban əlaqələrə alternativ yoxdur”.

O, Lavrovla görüşdə Berlin-Moskva münasibətlərinə kölgə salan mövzuları müzakirə edəcəklərini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR