Moskvada ticarət mərkəzində müştərilər qumbara təhlükəsi ilə bağlı təxliyə edilib - VİDEO

Moskvada ticarət mərkəzində müştərilər qumbara təhlükəsi ilə bağlı təxliyə edilib  - VİDEO
# 27 dekabr 2021 00:24 (UTC +04:00)

Moskvanın “Voykovskaya” metro stansiyası yaxınlığında yerləşən “Metropolis” ticarət mərkəzində qumbara təhlükəsi ilə bağlı müştərilər evakuasiya edilib.

APA-nın məlumatına görə, bu barədə “Mash” teleqram kanalı “112” xidmətinə istinadən məlumat yayıb.

Ticarət mərkəzinə gələn naməlum şəxs ətir oğurlayarkən mühafizəçi onu görüb və saxlamağa çalışıb. Bu zaman kişi cibindən qumbara çıxararaq yaxınlaşacağı təqdirdə partladacağı ilə hədələyib. Daha sonra o, binadan çıxaraq metro istiqamətinə qaçıb.

Polis həmin şəxsi axtarışına başlayıb.

Bəzi mənbələrə görə, o, hətta silahdan atəş də açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR