Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başa çatıb

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başa çatıb
  • Clock-gray 11:42
  • calendar-gray 12 Sentyabr 2019

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesinə builki və ötənilki müsabiqədə iştirak etmiş namizədlər qatılıblar. Ümumilikdə 8 938 namizəd elektron sənəd qəbulunda iştirak edib. Onlardan 8756 namizəd vakansiya seçimi etdikdən sonra elektron ərizəsini təsdiqləyib.

Elektron yerləşdirmənin nəticələri barədə məlumat sentyabrın 12-də namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

 

Kəmalə Quliyeva

Digər xəbərlər

Arxiv

date