Müddətli müqavilə ilə vakansiya seçimlərinə start verilib

Müddətli müqavilə ilə vakansiya seçimlərinə start verilib
# 30 avqust 2022 11:51 (UTC +04:00)

Avqustun 30-da 2022-2023-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə başlanılıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, bu gün saat 11:00-dan etibarən namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ verilir.

Qeyd edək ki, müddətli müqavilə əsasında vakansiya seçimi 1 sentyabr saat 11:00-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR