Müddətsiz əlillik təyinatının hansı hallarda verildiyi açıqlanıb

Müddətsiz əlillik təyinatının hansı hallarda verildiyi açıqlanıb
# 07 yanvar 2022 12:51 (UTC +04:00)

Müddətsiz əlillik təyinatının hansı hallarda verildiyi açıqlanıb.

APA-nın məlumatına görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib ki, hazırda qüvvədə olan əsasnaməyə görə, müddətlə təyin olunan III dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin edildikdən sonra müddətsiz olur.

“10 il fasiləsiz II dərəcə əlillik təyinatından sonra müddətsiz əlillik təyin olunur. I dərəcə əlillik isə elə ilk dəfədən müddətsiz təyin edilir. Yaşa görə pensiya almaq hüququ olan şəxslərə də əlillik dərəcəsi müddətsiz təyin olunur. Bəzi hallar da var ki, bunlar da 413 nömrəli əsasnamədə əksini tapıb. Bunlar geridönməz proseslər, anatomik deffektlər, psixi qüsur halları olanda əlillik təyinatı müddətsiz olunur”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR