Müəllimlərin bağçalara mərkəzləşmiş qaydada qəbulu ilə bağlı işlər görülür

Müəllimlərin bağçalara mərkəzləşmiş qaydada qəbulu ilə bağlı işlər görülür
# 18 iyul 2022 12:19 (UTC +04:00)

Tərbiyəçi müəllimlərin bağçalara mərkəzləşmiş qaydada qəbulu ilə bağlı işlər görülür.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Ümumtəhsil şöbəsinin məktəbəqədər təhsil sektorunun müdiri İlahə Rəsulova deyib.

O bildirib ki, qiymətləndirmə çərçivəsi artıq təsdiq olunub:

“İşlər hələ yekunlaşmayıb. Ona görə də imtahan vaxtı hələlik müəyyənləşməyib. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR