Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır

Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır
# 04 avqust 2022 10:44 (UTC +04:00)

Bu gün saat 11:00-dan etibarən bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilir.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər 8 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina edərsə, müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR