Müəllimlərin maaşlarına sertifikatlaşdırmanın nəticəsinə görə əlavə müəyyən ediləcək

Müəllimlərin maaşlarına sertifikatlaşdırmanın nəticəsinə görə əlavə müəyyən ediləcək
# 18 avqust 2022 15:39 (UTC +04:00)

Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” fərman imzalayıb.

APA-nın məlumatına görə, fərmana əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümümi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilib:
- direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə);
- təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə).
Nazirlər Kabineti: nəzərdə tutulan əlavələrin məbləğlərini 2022-ci il sentyabrın 1-dək təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR