Müharibə iştirakçısı olanların hərbi müəllim kimi işə qəbuluna aydınlıq gətirilib

Müharibə iştirakçısı olanların hərbi müəllim kimi işə qəbuluna aydınlıq gətirilib
# 21 aprel 2022 11:28 (UTC +04:00)

Birinci və İkinci Qarabağ müharibəsi iştirakçısı olan müəllimlərin hərbi müəllim kimi işə qəbulu məsələsinə aydınlıq gətirilib.

APA xəbər verir ki, Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib ki, burada yerli təhsili idarəetmə orqanları və hərbi komissarlıqlar birgə iş aparır.

"Müharibə iştirakçısı olan müəllim hərbi müəllim kimi işləmək üçün müraciət edirsə, onun müraciəti yerli hərbi komissarlıqdan da təsdiq edilməlidir. Bu halda həmin şəxs hərbi müəllim kimi işə qəbul edilə bilər" - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR