Müharibə veteranı olan həkim-cərrah vəfat edib

Müharibə veteranı olan həkim-cərrah vəfat edib
# 29 iyul 2022 11:44 (UTC +04:00)

TƏBİB-in tabeliyində olan Nərimanov Tibb Mərkəzinin həkim-cərrahı Azad Hüseynov vəfat edib.

Bu barədə APA-ya TƏBİB-dən bildirib.

Qeyd olunub ki, o, ürək-ağciyər çatışmazlığı səbəbindən dünyasını dəyişib.

Azad Əli-Abas oğlu Hüseynov 14 fevral 1960-cı ildə Bakı şəhərində, həkim ailəsində anadan olub. 1977-1983-cü illər ərzində Azərbaycan Dövlət Tibb Universitetində təhsil aldıqdan sonra N.İ.Piroqov adına 2 saylı Moskva Tibb İnstitutunda internatura təhsili alıb.

Bakı şəhəri 4 saylı Şəhər Poliklinikasında həkim-cərrah kimi fəaliyyətə başlayan A.Hüseynov, daha sonra Nərimanov Tibb Mərkəzinin nəzdində olan 1 saylı Şəhər Poliklinikasında çalışıb.

Birinci Qarabağ müharibəsinə könüllü olaraq qatılan həkim-cərrah “Müharibə veteranı” adını alıb.

Həmçinin o, çoxillik səmərəli əmək fəaliyyətinə görə, bir sıra fəxri fərmanlarla da təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR