Müharibədə əlil olmuş şəxslərə, şəhid ailələrinə, sosial cəhətdən həssas ailələrə 4500-dən artıq mənzil təqdim edilib

Müharibədə əlil olmuş şəxslərə, şəhid ailələrinə, sosial cəhətdən həssas ailələrə 4500-dən artıq mənzil təqdim edilib
# 17 mart 2023 11:29 (UTC +04:00)

“Əhalinin banklarda olan əmanətləri 27% və ya 2,5 mlrd. manat artaraq 11,7 mlrd. manat təşkil edib”.

APA-nın xəbərinə görə, bunu bu gün Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı bildirib.

Baş nazir deyib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə, həmçinin sosial cəhətdən həssas təbəqədən olan digər ailələrə postmüharibə dövründə 4500-dən artıq, o cümlədən 2022-ci ildə 1500 mənzil təqdim edilib: ‘Keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təminatı üçün 2022-ci ilin dövlət büdcəsindən 365 mln. manat vəsait yönəldilmişdir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi qələbəmizin təminatçısı olan Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, ordu quruculuğu, dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş xüsusi tədbirlər görülüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR