Musa Quliyev: Dərmanların qiymətinin optimallaşdırılmasına ehtiyac var

Musa Quliyev: Dərmanların qiymətinin optimallaşdırılmasına ehtiyac var
# 17 mart 2023 12:50 (UTC +04:00)

Səhiyyə sahəsində müəyyən problemlər müşahidə etməkdəyik. Vətəndaşların dərman təminatına əlçatanlığın yaxşılaşdırılması, dərmanların qiymətinin optimallaşdırılması və keyfiyyətini yüksəldilməsi istiqamətində qanuni tədbirlər görülməsinə ehtiyac var.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

“Ötən il İcbari Tibbi Sığorta Agentliyinin müqavilə imzaladığı özəl klinikların sayı yüksəlib. Bu, yaxşı göstəricidir. Lakin icbari tibbi sığortaya münasibətdə dövlət və özəl klinikalara fərqli yanaşmalar olmasını doğru hesab etmirik. Hazırda şəxs müayinə və müalicə üçün icbari tibbi sığorta hesabına özəl klinikaya yalnız həmin xidmətə müvafiq dövlət tibb müəssisələrində olmadığı halda və dövlət klinikasının göndərişi əsasında müraciət edə bilər ki, bu da vətəndaşın tibb müəssisəsini və həkimi seçmə hüququnun pozulması olmaqla yanaşı, özəl klinikaları dövlət klinikalarından asılı vəziyyətdə saxlayır.

Bu qüsurlu yanaşma aradan qaldırılmalı, klinikalar arasında sağlam rəqabət şəraiti yaradılmalı, göndəriş qaydası təkmilləşdirilərək klinika və həkim seçmək hüququ təmin edilməlidir”, - deyə Musa Quliyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR