Musiqi məktəblərinə MİQ imtahanı üçün test proqramının istiqamətləri açıqlanıb

Mədəniyyət Nazirliyi

© APA | Mədəniyyət Nazirliyi

# 10 may 2022 16:40 (UTC +04:00)

Mədəniyyət Nazirliyi musiqi məktəblərinə müəllimlərin işə qəbul imtahanı üçün test proqramının istiqamətlərini açıqlayıb.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, test proqramları musiqi nəzəriyyəsi, musiqi ədəbiyyatı, Azərbaycan xalq musiqi yaradıcılığı, Azərbaycan xalq musiqisinin əsasları, pedaqogika, məntiq, dünyagörüşü istiqamətləri üzrə olacaq.

Bildirilib ki, müsabiqə haqqında elan və test imtahan proqramı yaxın günlərdə Nazirliyin internet informasiya ehtiyatında yerləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR