DİM “Musiqi nəzəriyyəsi və solfecio” fənnindən imtahan verəcək şəxslərə müraciət edib

DİM “Musiqi nəzəriyyəsi və solfecio” fənnindən imtahan verəcək şəxslərə müraciət edib
# 17 iyul 2019 16:59 (UTC +04:00)

“Musiqi sənəti” istiqaməti üzrə tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən 33,34 və 39-cu komissiyaların ikinci, 38-ci komissiyanın birinci imtahanı olan “Musiqi nəzəriyyəsi və solfecio” fənnindən qəbul imtahanı bu il test üsulu ilə keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, bu imtahanın Bakı şəhəri üzrə 47 saylı tam orta məktəbdə keçirilməsi nəzərdə tutulub.

İyulun 23-də “Musiqi nəzəriyyəsi və solfecio” fənnindən keçiriləcək test imtahanının vaxtı saat 10:00-dan 12:00-a keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR