Musiqi sənəti istiqaməti üzrə nəzəriyyə fənlərindən onlayn sınaq imtahanı keçirilir

Musiqi sənəti istiqaməti üzrə nəzəriyyə fənlərindən onlayn sınaq imtahanı keçirilir
# 08 iyun 2023 09:51 (UTC +04:00)

Məlum olduğu kimi, 2023/2024-cü tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının Musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarında nəzəriyyə fənləri üzrə imtahanlar test üsulu ilə keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, 16 may tarixində musiqi ədəbiyyatı fənni üzrə elektron, 27 mayda isə harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanları keçirilib. Həmin sınaq imtahanlarının onlayn imtahan versiyası artıq otk.az saytında yerləşdirilib. Abituriyentlər verilən keçidə (https://otk.az/?menu=courses&id_category=14) daxil olub onlayn sınaq imtahanlarında iştirak edə bilərlər.

Qeyd edək ki, musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio fənləri üzrə verilmiş 30 sualdan 25-i nəzəri biliklərin yoxlanılmasına, 5-i isə eşitmənin təyininə aiddir. Musiqi ədəbiyyatı fənni üzrə verilmiş 30 sualdan 20-si Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasına, 10 sual isə musiqi nümunələrinin təyin edilməsinə aiddir.

Qiymətləndirmə 10 ballıq şkala ilə aparılır.

Balların hesablanması qaydası.

Düzgün cavablandırılan
tapşırıqların sayı
10 ballıq şkala üzrə
qiymətləndirmə
28-30 10
25-27 9
22-24 8
19-21 7
16-18 6
13-15 5
10-12 4
7-9 3
4-6 2
1-3 1
0 0
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR