Müstəqil aqrar sığorta ekspertləri təlimdən keçəcək, 80 manat ödəyərək imtahan verəcək

Müstəqil aqrar sığorta ekspertləri təlimdən keçəcək, 80 manat ödəyərək imtahan verəcək
# 05 oktyabr 2022 18:04 (UTC +04:00)

Nazirlər Kabineti “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

APA-nın xəbərinə görə, qərara əsasən, “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası” yeni redaksiyada təsdiq edilib.

Qaydaya əsasən, imtahan və imtahan nəticəsində sertifikatların verilməsi Dövlət İmtahan Mərkəzi (Mərkəz) tərəfindən həyata keçirilir. İmtahanda iştirak etmək istəyən namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

- bu Qaydanın əlavəsində qeyd olunmuş ixtisaslar üzrə ali, orta ixtisas və ya peşə təhsilinə malik olmalı;

- bu Qayda nəzərə alınmaqla, Aqrar Sığorta Fondu tərəfindən təşkil edilən təlimdən müvəffəqiyyətlə keçməli.

Peşə təhsili olan namizədlərin namizədliyinin qeydə alınması üçün müvafiq sahə üzrə 5 (beş) ildən az olmayaraq iş təcrübəsinə malik olmaları tələb olunur. İmtahan bu Qaydaya əsasən təsdiq edilən təlim proqramına uyğun olaraq sertifikat növləri üzrə ixtisaslara dair sualları əhatə edir.

İmtahanın təşkili ilə əlaqədar Mərkəz:

- imtahanın qrafikini, aparılma texnologiyasını müəyyən edir;

- imtahan suallarına dair düzgün cavabların siyahısını tərtib edir və konfidensiallığın gözlənilməsi şərtilə həmin siyahının xüsusi ayrılmış məlumat bazasında saxlanılmasını təmin edir;

- imtahan nəzarətçilərini müəyyən edir;

- imtahanın keçirilmə tarixindən ən azı 1 (bir) ay əvvəl sənəd qəbuluna dair elan verir;

- imtahanın qrafikini və imtahanda iştirak edəcək namizədlərin siyahısını internet saytı, mətbu orqan, habelə ixtisaslaşdırılmış nəşrlər vasitəsilə yayır;

- imtahanın keçirilməsinə 10 (on) gün qalmış imtahanda iştirak edəcək hər bir namizədi məlumatlandırır;

- imtahanda iştirak edəcək hər bir namizədə şəxsi eyniləşdirmə kodu verir;

- imtahanın təşkili, keçirilməsi və nəticələri ilə əlaqədar ərizə, şikayət və təkliflərə baxır və həll edir;

- imtahanın nəticəsinin elan edildiyi gündən 15 (on beş) gün müddətində müəyyən edilmiş sertifikatları verir.

İmtahan mərkəzləşdirilmiş qaydada ödənişli əsaslarla Mərkəz tərəfindən Bakı şəhərində və ya regionlar üzrə keçirilir. İmtahan üçün ödəniş məbləği 80 (səksən) manat (ƏDV daxil edilmədən) müəyyən edilir.

Təlimin başlanmasına azı 1 (bir) ay qalmış Fondun rəsmi internet saytında və ya mətbu orqanda bu barədə elan verilir. Təşkil olunan təlimdə iştirak etmək üçün namizədlərin aşağıdakı sənədlərinin təqdim edilməsi tələb olunur:

- şəxsiyyətini təsdiq edən sənədin surəti;

-bu Qayda ilə müəyyən edilmiş ixtisasa malik olmasını təsdiq edən sənədin surəti;

- peşə təhsilinə malik olan namizədlərə münasibətdə müvafiq sahə üzrə 5 (beş) ildən az olmayan iş təcrübəsinin olmasını təsdiq edən sənədin surəti;

-xarici ölkədə ali təhsil aldıqda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını təsdiq edən sənədin surəti;

- ödəniş edilməsini təsdiq edən sənəd.

Bu qaydanın tələblərinə əməl etməyən namizədlər təlimə buraxılmırlar.

Təlimin keçirilməsi üzrə ödənişin məbləği Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla Fond tərəfindən müəyyən olunur. Təlimlərin başlanmasına azı 7 (yeddi) iş günü qalmış bu Qaydada qeyd olunmuş sənədləri Fonda təqdim edilən namizədlər təlimə cəlb edilirlər.

Fond tərəfindən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə ekspert-namizədlər üçün 104 (yüz dörd) saat, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə ekspert-namizədlər üçün 40 (qırx) saat, akvakultura məhsulları üzrə ekspert-namizədlər üçün isə 20 (iyirmi) saat olmaqla təlim təşkil edilir. Namizədlər üçün təşkil olunan təlimin tədris proqramı, habelə nəzəri-metodoloji, pedaqoji-metodik vəsaitlər Fond tərəfindən təsdiq olunur və təlim prosesi nəzəri və tətbiqi məşğələləri əhatə edir. Fond namizədləri təlim materialları ilə təmin edir.

Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə ekspert-namizədlər üçün təlim prosesi ərzində ən azı 16 (on altı) saat, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə ekspert-namizədlər üçün təlim prosesi ərzində ən azı 4 (dörd) saat, akvakultura məhsulları üzrə ekspert-namizədlər üçün təlim prosesi ərzində ən azı 2 (iki) saat olmaqla təsərrüfat sahələrində praktik təcrübə keçirilir.

Təlimlər üçün ayrılmış ümumi saatların 10 faizindən çoxunda üzrlü səbəb olmadan iştirak etməyən namizədlər imtahanda iştirak etmək hüquqlarını itirirlər və sertifikat almaq üçün yenidən təlimlərə cəlb olunmalıdırlar.

Üzrlü səbəbdən təlimdə iştirak edə bilməyən namizədin növbəti təlimlərdə buraxılan dərsləri bərpa etmək hüququ vardır. Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı və bu Qaydada nəzərdə tutulmuş sənədlər Fond tərəfindən Mərkəzə göndərilir.

Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı və sənədləri bu Qaydada nəzərdə tutulmuş qaydada Fond tərəfindən təqdim edildikdən sonra Mərkəz tərəfindən bu Qaydaya uyğun olaraq sənəd qəbuluna dair elan verilir. İmtahan sənəd qəbulunun başa çatdığı gündən ən geci 1 (bir) ay müddətində keçirilməlidir.

İmtahanda iştirak etmək üçün namizəd sənəd qəbulunun həyata keçirildiyi müddət ərzində Mərkəzin internet portalı (bundan sonra – portal) vasitəsilə onlayn qeydiyyatdan keçir və portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və imtahanın qaydaları barədə məlumatların əks olunduğu yaddaş kitabçası göndərilir.

İmtahan test tapşırıqlarından ibarətdir. Test tapşırıqlarının sayı Mərkəz tərəfindən müəyyən olunur. Test tapşırıqlarının aşağıdakı növləri vardır:

-qapalı tipli, yəni verilən cavab variantlarından 1 (bir) doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları;

-açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazılı formada ifadə olunması tələb olunan test tapşırıqları.

Namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir:

- qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablan-dırılması - 1, yanlış cavablandırılması və ya cavablandırılmaması - 0 balla;

- açıq tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması - 2, yanlış cavablandırılması və ya cavablandırılmaması - 0 balla.

İmtahanın davametmə müddəti 90 (doxsan) dəqiqədir.

İmtahan üzrə toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır və həmin baldan 60 faiz (36 bal) nəticə əldə etmiş şəxs imtahanı müvəffəqiyyətlə keçmiş hesab olunur.

İmtahandan keçməyən namizədlərin növbəti 3 (üç) dəfə yenidən imtahanda iştirak etmək hüququ vardır. Növbəti 3 (üç) dəfə imtahandan keçə bilməyən namizədlər yalnız yenidən təlim prosesində təkrar iştirak etdikdən sonra imtahana buraxılırlar. Bu zaman onlar Fonda bu Qaydaya uyğun olaraq ödəniş edilməsini təsdiq edən sənədi təqdim etməlidirlər.

İmtahanda müvəffəqiyyət qazanan namizədlər barədə məlumatlar Fonda təqdim olunur. İmtahanda iştirak etmiş namizədə Mərkəz tərəfindən imtahanın nəticəsi üzrə arayış verilir. İmtahanın nəticəsindən narazı qalan namizəd bu barədə nəticənin ona elan olunduğu vaxtdan 3 (üç) iş günü müddətində Mərkəzə müraciət edə bilər.

Müraciətə namizədin iştirakı ilə baxılır və ona Mərkəz tərəfindən əsaslandırılmış cavab verilir. Namizədlərin imtahan nəticə-lərinin düzgün hesablanmadığı aşkar edildikdə, yenidən hesablama aparılır və namizədlərin imtahan nəticələri yenilənir.

İmtahanın nəticələri haqqında məlumat portalda yerləşdirilir.

Mərkəz tərəfindən namizədin bu Qaydada qeyd edilən hərəkətlərə yol verməsi halları aşkar edildikdə onun imtahan nəticələrinin ləğv olunması barədə qərar qəbul edilir.

İmtahandan müvəffəqiyyətlə keçmiş şəxslərə aşağıdakı növ sertifikatlar verilir:

-kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;

-kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;

- akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.

Bu Qaydada qeyd edilən sertifikatların qüvvədəolma müddəti 5 (beş) ildir.

Müstəqil ekspert kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatının qüvvədəolma müddətinin sonuncu ilində növbəti sertifikat almaq üçün Mərkəz tərəfindən keçirilən imtahanda iştirak etməli və yenidən sertifikat almalıdır. Müstəqil ekspert sonradan iki dəfə eyni növ sertifikat aldıqda, sonuncu sertifikat müddətsiz verilir və həmin şəxs bu növ üzrə fəaliyyətini davam etdirmək üçün imtahana cəlb olunmur.

“Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na

1 nömrəli əlavə

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanında iştirak etmək üçün tələb olunan ixtisaslar*

Təhsilin pillələri və səviyyələri

Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə

Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə

Akvakultura məhsullarının sığortası üzrə

1

2

3

4

Peşə

təhsili üzrə

ixtisaslar

Üzüm ustası;

Tərəvəz ustası;

Meyvə-tərəvəz ustası;

Bitki mühafizəsi

ustası;

Tütün ustası;

Maya göbələyi

yetişdirən usta;

Gülbecərən usta;

Çaybecərən usta;

Efir yağlı bitkilər

mütəxəssisi;

Çəltikçi;

Pambıqçı;

Baramaçı;

Bağban;

Yaşıl təsərrüfat

fəhləsi

Heyvandarlıq kompleksləri və

mexanikləşdirilmiş fermaların mexanizatoru, elektrik montyoru;

Heyvandarlıq kompleksləri və

mexanikləşdirilmiş fermaların operatoru;

Heyvanlarda süni

mayalanma üzrə

texnik;

Mexanikləşdirilmiş heyvandarlıq fermalarının və

komplekslərin mexanizatoru və

elektrik montyoru;

Maşınla sağım

operatoru;

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR