Müstəqillik günündən sonra 5 günlük məktəblərdə ilk iş günü 31, 6 günlüklərdə 30 mayda olacaq

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 25 may 2022 18:24 (UTC +04:00)

28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq, beşgünlük iş rejimində çalışan məktəbəqədər və ümumi təhsil müəssisələrində mayın 27-si həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk iş (dərs) günü mayın 31-dir.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, altıgünlük iş rejimində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrində də mayın 27-si həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk iş (dərs) günü isə mayın 30-u müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR