Muxtar Babayev Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb

Muxtar Babayev Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb
# 19 iyul 2022 17:50 (UTC +04:00)

Azərbaycanda işgüzar səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Avropa Parlamenti arasında ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması sahəsində fikir mübadiləsi aparılıb, Avropa İttifaqının müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR