Muxtar Babayev Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun nümayəndəsini qəbul edib

Muxtar Babayev Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun nümayəndəsini qəbul edib
# 07 may 2022 08:30 (UTC +04:00)

Azərbaycanda işgüzar səfərdə olan Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (İFAD) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Çoxtərəfli əməkdaşlıq Ofisinin direktoru Bernard Hien ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə “Yaşıl Kənd Təsərrüfatı”nın ölkədə tətbiqi, iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirləri, bu sahədə görülmüş işlər müzakirə olunub, həmçinin aqrar sektorda su itkisinin qarşısının alınması və gələcəkdə suya tələbatın ödənilməsində rəqəmsal kənd təsərrüfatına keçidin mühüm rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR